Rusiya təhlükəsizlik tədbirlərini artırdı
Noyabr 15
10:19
2015
Rusiya hökuməti Paris teraktından sonra ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Axar.az xəbər verir ki, Rusiya terrorla mübarizə təşkilatı ölkənin müxtəlif ərazilərində strateji məntəqələrdə gücləndirilmiş iş rejiminə keçdiklərini bildirib:
"Dövlət orqanları terrora qarşı mübarizə tədbirlərinin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi addımları atır. Yeni təhdidlər çərçivəsində bütün təhlükəsizlik sistemləri yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirilib”.



