SON XƏBƏR

Rusiya “Taxıl sazişi”nin müddətini uzada bilər

İyul 15
10:41 2023
"Qara Dəniz Taxıl Təşəbbüsünün daha bir müddətinə uzadılması Rusiya razılıq verəcəyi təqdirdə mümkün ola bilər”.

"Report” xəbər verir ki, bunu TASS-a Türkiyədəki diplomatik mənbə bildirib. Mənbə bildirib ki, Rusiyanın tutduğu mövqe nəzərə alsaq, digər variantlar az ehtimal olunur. Mənbə bildirib ki, Türkiyə tərəfi (Müdafiə Nazirliyi və XİN) "taxıl sazişi”nin uzadılması ilə bağlı aktiv iş aparır. "İndi biz yəqin ki, Rusiya və Türkiyə Prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında dialoq gözləməliyik, bunun nəticəsində vəziyyət tam aydınlaşacaq", - mənbə hesab edir.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik iyulun 13-də bildirib ki, Ərdoğan taxıl müqaviləsi başa çatana qədər Putinlə telefon danışıqları aparmaq niyyətindədir. Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti iyulun 17-də başa çatır. İyulun 13-də Rusiya Prezidenti bunun "birtərəfli oyun” olduğunu, Rusiyanın maraqları ilə bağlı heç bir şey edilmədiyini bildirib. Putin Rusiyanın taxıl sazişində iştirakını dayandıra biləcəyini təsdiqləyib. Onun sözlərinə görə, bu halda Moskvaya verilən vədlər yerinə yetirilən kimi yenidən sövdələşməyə qoşulacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook