SON XƏBƏR

Rusiya sülhməramlıları açıqladı: “Bir gün ərzində 400-dən çox avtomobil...”

Dekabr 18
13:29 2021
Rusiya sülhməramlı kontingentinin hərbçiləri sutka ərzində müşahidə məntəqələri və Laçın dəhlizi vasitəsilə 400-dən çox texnikanın Dağlıq Qarabağa və geriyə təhlükəsiz keçidini təmin ediblər. 

Qaynarinfo sputnik.am-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrində atəşkəs rejiminin saxlanmasına nəzarət edirik və nəzarət-buraxılış məntəqəsi rejimini həyata keçiririk. Hər bir avtomobil texniki baxışdan keçir, lazım gələrsə, sürücüdən avtomobilin salonuna baxış keçirmək üçün avtomobildən düşməsini xahiş edirik”, - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü İvan Padalka bildirib.

Dağlıq Qarabağda bütün təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlı qüvvələrinin 27 müşahidə məntəqəsi yerləşir. Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarəti təmin edir, həmçinin Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir.

Müşahidə məntəqələrində xidmət etmək üçün rus sülhməramlıları "Ratnik” kostyumları ilə təchiz olunub. Müşahidə postları müasir LED proyektorlar, fasiləsiz enerji təchizatı və açıq havada video nəzarət günbəz kameraları ilə təchiz olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook