"Rusiya ordusunu yox edərik"
Fevral 29
10:46
2016
"Düşmənimiz Rusiya hava qüvvələrindən və sərhədlərimizdəki quru qoşunlarından istifadə edərək, ölkəmizə hücuma keçsə rus ordusunu yox edərik".
Avropa.info xəbər verir ki, belə bir açıqlama ilə Ukrayna müdafiə nazirliyinin səlahiyyətlisi Valentin Fediçev çıxış edib.
Son dövrlər Ukrayna ordusunun gücləndiyini deyən Fediçev artıq Rusiyaya cavab verə bilmə gücündə olduqlarını deyib:
"İlkin hesablamalarımıza görə, ruslar bizimlə gercək müharibə aparsalar 20 min əsgər itirə bilərlər. Düşmən Dineprə qoşun yeritsə quru qoşunları yox olacaq. Rusiya ilə müharibəyə başlasaq Ukraynanın itkiləri 5-6 min əsgər ola bilər. Biz Rusiyaya cavab vermək gücündəyik".
Qlobal.az



