Rusiya ordusu Xersondakı doğum evini atəşə tutub
Dekabr 28
09:11
2022
Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mülki infrastrukturunu atəşə tutmağı dayandırmır. Çərşənbə axşamı, dekabrın 27-də onlar yenidən xəstəxananın doğum şöbəsinə zərbə endiriblər.
"Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko teleqramda bildirib.
"Bu gün 2 körpənin doğulduğu yer atəşə tutulub. Hücumdan əvvəl həkimlər qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. Müəssisədə doğuşdan sonra 5 qadın var”, - o yazıb.
Timoşenko qeyd edib ki, möcüzəvi şəkildə düşmənin hücumu zamanı heç kim xəsarət almayıb, çünki hamı sığınacaqda idi - həm həkimlər, həm də pasiyentlər.

Qlobal.az