SON XƏBƏR

Rusiya ordusu Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıdıb

İyun 07
10:29 2022
Rusiya ordusu Ukraynanın Nikolayev vilayətində yerləşən və ölkənin ikinci ən böyük taxıl terminalı olan müəssisəsini dağıdıb.

Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel məlumat verib.

Diplomat qeyd edib ki, Rusiyanın bu addımı qlobal ərzaq böhranına növbəti "töhfə”dir.

Josep Borrel həmçinin əlavə edib ki, sonuncu raket zərbələri Vladimir Putinin Ukrayna limanlarında olan ticarət gəmilərinin Qara dənizdə təhlükəsiz hərəkəti ilə bağlı son vədlərinə ziddir. (Mənbə: CNN)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook