Rusiya nümayəndə heyəti danışıqlar üçün İstanbula gəlib

İyun 02
09:54
2025
Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gəlib.
APA xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.
Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib.
Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir.