Rusiya niyə Azərbaycan məhsullarını geri qaytarır? – VİDEO
İyun 24
04:32
2016
Rusiya bu ay ərzində Azərbaycandan ixrac olunan 238 kq meyvənin ölkəyə daxil olmasına qadağa qoyub. Səbəb kimi həmin məhsulların fitosanitar sertifikatının olmaması göstərilir. Ümumiyyətlə Rusiyanın Azərbaycan məhsullarının ixracına qadağa qoymasının səbəbi nədir və sahibkarlar nələrə diqqət etməlidir ?
Qlobal.Az xezerxeber.com-a istinadən bildirir ki, iyun ayı ərzində Azərbaycandan Rusiyaya göndərilən 238 kiloqram meyvə geri qaytarılıb. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi həmin meyvə və gilemeyvələrin ölkəyə idxalına qadağa qoyub. Geri qaytarılan yükün içərisində albalı, alça, qarağat və moruq olub. Səbəb kimi həmin meyvələrin fitosanitar sertifikatı olmaması göstərilir.
Rusiya qanunvericiliyinə əsasən 5 kq-a qədər meyvə tərəvəz sertifikatsız ölkəyə keçirilə bilər. Bu miqdardan çox olan məhsullar üçün isə sertifikat tələb olunur.
Bu arada Dövlət Fitosanitar Nəzərati Xidməti tərəfindən bu ayın 22 günü ərzində 50 min ton meyvə tərəvəzə sertifikat verilib.