SON XƏBƏR

Rusiya Nadejda Savçenkonu Ukraynaya qaytarır

Aprel 27
21:47 2016
Rusiyada azadlıqdan məhrum edilmiş ukraynalı pilot qadın Nadejda Savçenko Ukraynaya ekstradisiya olunmaq üçün sənədləri əldə edib. Virtualaz.org xəbər verir ki, bu barədə TSN telekanalına məhkum qadının bacısı Vera məlumat verib.
 
«İndi o, sənədləri doldurur: ərizə, tərcümeyi-hal və sairə. Həbsxananın rəisi Kalqanov deyib ki, bunlar təhvil verilmək üçün lazımdır», - Vera Savçenko belə deyib.
 
Savçenkonun vəkili Mark Feygin «RİA Novosti» agentliyinə bildirib ki, ekstradisiya prosesi 1-2 ay uzana bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook