Rusiya müxalifəti Krımın Ukraynaya qaytarılmasına dair sənəd imzaladı
May 02
12:07
2023
Rusiyalı müxalifət fəalları Berlində keçirilən toplantıda Ukraynaya qarşı təcavüzün dayandırılmasını və azad, qanuni, federal Rusiyanın yaradılmasını tələb edən "Rusiya Demokratik Qüvvələrinin Bəyannaməsi”ni imzalayıblar.
Qaynarinfo "The İnsider”ə istinadən xəbər verir ki, sənəd Change.org platformasında dərc olunub.
Onun müəllifləri Rusiyanın bütün vətəndaşlarını bu bəyannaməyə qoşulmağa çağırır.
Sənəddə "Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri”nin bərpası ilə bağlı ifadə işlədilir. Bu, görünür, 1991-ci il sərhədləri daxilində bütün Ukrayna ərazilərinin qaytarılması tələbindən gedir.
Berlindəki görüşün təşəbbüskarı Mixail Xodorkovski və mühacirətdə yaşayan bir sıra başqa müxalifətçilər olub. Aleksey Navalnının tərəfdarları orada iştirak etməyib və sənədi hələ imzalamayıb.
Bəyannamədə Rusiya müxalifətinin strateji məqsədləri Ukraynaya qarşı təcavüzün dayandırılması və azad, hüquqi, federal Rusiyanın yaradılmasıdır.
Bəyannamədə aşakıdakı bəndlər vardır:
1. Ukraynaya qarşı müharibə cinayətdir. Rusiya qoşunları bütün işğal olunmuş ərazilərdən çıxarılmalıdır; Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa edilməlidir; hərbi cinayətkarlar məsuliyyətə cəlb edilməli, təcavüz qurbanlarına təzminat ödənilməlidir.
2. Putin rejimi qeyri-legitim və cinayətkardır. Buna görə də ləğv edilməlidir. Biz Rusiyanı şəxsiyyətin hüquq və azadlıqlarının təmin edildiyi, dövlət hakimiyyətinin qəsb edilməsi ehtimalının istisna olunduğu ölkə kimi görürük.
3. İmperiya siyasətinin ölkə daxilində və xaricdə həyata keçirilməsi yolverilməzdir.
4. Siyasi məhbuslar və hərbi əsirlər azad edilməli, məcburi köçkünlərin geri qayıtmasına icazə verilməli, oğurlanmış ukraynalı uşaqlar dərhal Ukraynaya qaytarılmalıdır.
5. Biz dəhşətli repressiyalara baxmayaraq, Putin və müharibə əleyhinə mövqelərlə çıxış etməyə cəsarət göstərən və rejimin cinayətlərində iştirak etməkdən imtina edən on milyonlarla rusiyalılarla həmrəy olduğumuzu bildiririk.
Sənəddə qeyd olunur ki, imzalayanlar müharibə əleyhinə və demokratik hərəkatlarda ictimai münaqişələrdən çəkinirlər.