SON XƏBƏR

Rusiya Müdafiə Nazirliyinin binasını izləyən videokamera aşkarlandı

Fevral 28
01:05 2024
Moskvada Rusiya Müdafiə Nazirliyinin binasını izləyən antenli videokamera aşkarlanıb.

Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasını müşahidə edən kamera yaxınlıqdakı binanın çardağında tapılıb.

Cihazı təsadüfən evə baxış keçirən kommunal işçilər görüblər.

Kamera ştativə quraşdırılıb və çox gözə çarpmaması üçün obyektivi divara doğru çevrilmiş olub. Cihaz Rusiya Müdafiə Nazirliyinin binası yaxınlığında nələrin baş verdiyini fasiləsiz olaraq yayımlaya və görüntünü onlayn olaraq uzaq məsafəyə ötürə bilib. Hazırda avadanlıq sökülərək mütəxəssislərə təhvil verilib.








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook