SON XƏBƏR

Rusiya mədənində 3-cü partlayış baş verdi

Fevral 29
16:28 2016
Rusiyanın Vorkuta şəhərindəki "Şimal” mədənində 3-cü dəfə güclü partlayış baş verib.
 
Axar.az xəbər verir ki, bu barədə ictimaiyyətə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Vladlen Aksenov məlumat verib. O, hadisənin dünən axşam saatlarında baş verdiyini və xilasedicilərin partlayış nəticəsində yaralandığını bildirib.
 
Qeyd edək ki, fevralın 25-də "Şimal” mədəninin 748 metr dərinliyində partlayış baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub. Onlardan 80 nəfəri dağıntılar altından çıxarılıb, 4 nəfər həlak olub, 26 şaxtaçı isə itkin düşüb.
 
Fevralın 27-dən 28-ə keçən gecə isə mədəndə növbəti partlayış baş verib, nəticədə 5 xilasedici və 1 mədən işçisi ölüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook