“Rusiya mayın 9-da Ukraynaya müharibə elan edə bilər” - Baş nazir
May 06
15:08
2022
"Rusiya mayın 9-da Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.
"Report” "Interfaks Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal brifinqdə bildirib.
"Tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinin məlumatına görə, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək niyyəti var. Başa düşürük ki, belə söhbətlərin müzakirəsi yüksək siyasi rəhbərlik səviyyəsində aparılır. Bu baş verəcəkmi – görərik”, - o söyləyib.
D.Şmıqal qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, Rusiyanın sivil demokratik dünyaya müharibə elan etməsinin növbəti təsdiqi olacaq:



