SON XƏBƏR

Rusiya Lvovda dəmir yoluna raket zərbəsi endirib

Aprel 25
15:25 2022
Rusiya Ukraynanın Lvov regionunda dəmir yolu infrastrukturuna raket zərbəsi endirib.

APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 08:30-da Lvov regionunun Krasne dəmir yolu stansiyasının yarımstansiyasına raket zərbəsi endirilib. Zərbədən sonra ərazidə yanğın baş verib.

"Lvov regionu ərazisində bir raket Qərb Aviasiya Komandanlığının HHM qüvvələri tərəfindən məhv edilib. Raketlər cənub-şərq istiqamətindən Ukraynanın qərbinə uçublar. Rusiya işğalçıları onları strateji təyyarədən atıblar, ehtimal ki, Tu-95. Məlumat aydınlaşdırılır”, - deyə bəyanatda bildirilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook