Rusiya könüllü olaraq Çin kommunist rejiminin muzdlusu olub - Tayvan XİN
Yanvar 15
13:24
2024
Tayvanın Xarici İşlər Nazirliyi Rusiyanın könüllü olaraq Çin kommunist rejiminin muzdlu əsgərinə çevrildiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Bu, Tayvanda keçirilən seçkilərin nəticələrinin açıqlanmasından sonra Rusiya Xarici İşlər Nazirliyinin "Tayvan boğazı tərəfləri arasında münasibətlərin sırf Çinin daxili məsələsidir” və "Tayvan Çinin ayrılmaz hissəsidir” bəyanatına cavab olaraq Tayvan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Rusiya könüllü olaraq Çin kommunist rejiminin muzdlusu oldu və ölkəmizdə keçirilən seçkilərdən sonra Çinin "vahid Çin prinsipi” ilə bağlı yalanına bilərəkdən əməl etdi ki, bu da nəinki Tayvan boğazında vəziyyətin sabitliyinə töhfə vermir, hətta bir daha təsdiq edir ki, Çin və Rusiya avtoritarizminin birləşməsi beynəlxalq sülhə, sabitliyə və beynəlxalq nizama zərər verir”, - Tayvan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Tayvan XİN-in cavab verdiyi Rusiya XİN bəyanatını yanvarın 13-də onun nümayəndəsi Mariya Zaxarova açıqlayıb, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilən prezident seçkilərində adanın müstəqilliyini dəstəkləyən qərbyönlü namizəd Lay Tsinde qalib gəlib.
Çin Xarici İşlər Nazirliyi Tayvanda keçirilən seçkilərdən sonra bəyan edib ki, "hökumətin mövqeyi dəyişməyib” və "dünyada yalnız bir Çin var”.
Qaynarinfo xəbər verir ki, Bu, Tayvanda keçirilən seçkilərin nəticələrinin açıqlanmasından sonra Rusiya Xarici İşlər Nazirliyinin "Tayvan boğazı tərəfləri arasında münasibətlərin sırf Çinin daxili məsələsidir” və "Tayvan Çinin ayrılmaz hissəsidir” bəyanatına cavab olaraq Tayvan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Rusiya könüllü olaraq Çin kommunist rejiminin muzdlusu oldu və ölkəmizdə keçirilən seçkilərdən sonra Çinin "vahid Çin prinsipi” ilə bağlı yalanına bilərəkdən əməl etdi ki, bu da nəinki Tayvan boğazında vəziyyətin sabitliyinə töhfə vermir, hətta bir daha təsdiq edir ki, Çin və Rusiya avtoritarizminin birləşməsi beynəlxalq sülhə, sabitliyə və beynəlxalq nizama zərər verir”, - Tayvan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Tayvan XİN-in cavab verdiyi Rusiya XİN bəyanatını yanvarın 13-də onun nümayəndəsi Mariya Zaxarova açıqlayıb, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilən prezident seçkilərində adanın müstəqilliyini dəstəkləyən qərbyönlü namizəd Lay Tsinde qalib gəlib.
"The Wall Street Journal" qeyd edir ki, belə bir nəticə çox güman ki, Çini qəzəbləndirəcək və Tayvan boğazında gərginliyi artıracaq.