Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirib
Dekabr 20
10:30
2024
Dekabrın 20-si səhər saatlarında Rusiya Ukraynaya qarşı növbəti raket hücumu həyata keçirib.
"AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Rusiya raket hücumunu öz strateji aviasiyası vasitəsilə gerçəkləşdirib.
Ukrayna Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, düşmənin MiQ-31K təyyarələrinin havaya qalxması ilə əlaqədar bütün ölkə ərazisində genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib. Havada neçə təyyarənin olduğu açıqlanmayıb.
Səhər saat 7 radələrində Rusiya təyyarələri Kiyev istiqamətində raketlər atıb və bir neçə dəqiqə sonra Kiyevdə partlayışlar baş verib. Monitorinq kanalları ballistik raketlərdən, ehtimal ki, "Kinjal”dan istifadə edildiyini bildirir.
Kiyevin meri Vitali Kliçko deyib ki, paytaxtda hava hücumundan müdafiə sistemləri işə salınıb. O, Kiyev sakinlərini sığınacaqlarda qalmağa çağırıb.