SON XƏBƏR

Rusiya, İran və Çin birgə hərbi təlimləri davam etdirəcək

Dekabr 29
10:51 2019
İran, Rusiya və Çin gələcəkdə ortaq hərbi təlimlər keçirməyə davam etmək niyyətindədir.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran ordusu komandirinin müavini və Baş qərargah rəisi Həbibullah Sayari bildirib.

"İran, Rusiya və Çinin Hind okeanının şimalındakı hərbi təlimləri, şübhəsiz ki, son deyil”, - deyə İran ordusunun saytı Sayaridən sitat gətirib.

Onun sözlərinə görə, üç ölkənin dəniz qüvvələrinin davam edən təlimləri zamanı gələcək təlimlərə imkan verən metod və yanaşmalar hazırlanır. Sayari, həmçinin qeyd edib ki, üç ölkənin hərbi təlimləri dövlətlərin koalisiya yaratmaq niyyətini ifadə etmir.

İran, Rusiya və Çin dəniz qüvvələrinin "Dəniz təhlükəsizliyi kəməri” adı altında birgə manevrləri cümə günü Hind okeanının şimalında və Oman körfəzində başlayıb, dekabrın 30-dək davam edəcək. İranın Moskvadakı səfiri Kazım Cəlalinin verdiyi məlumata görə, manevrlərin məqsədi terrorizm və dəniz quldurları ilə mübarizə tədbirlərini inkişaf etdirmək, habelə regional ölkələrin təhlükəsizliyini təmin etməkdir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfəri zamanı təlimlərin digər ölkələrə qarşı yönəlmədiyini vurğulayıb.

Manevrlər ABŞ-ın İran yaxınlığında su təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq istəyi və bu yay Fars körfəzi – Hörmüz bölgəsi boğazında meydana gələn və oradakı vəziyyəti əhəmiyyətli dərəcədə ağırlaşdıran fonda reallaşır. Pentaqondan "RİA Novosti”yə bildirilib ki, ABŞ Rusiya, Çin və İranın təlimlərini izləyəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook