SON XƏBƏR

“Rusiya ilə əməkdaşlıq ABŞ-ın strateji maraqlarına cavab verir”

Mart 27
21:48 2016
Rəsmi Moskva Suriyada ABŞ-ın tərəfdaşı deyil, lakin Rusiya ilə əməkdaşlıq ABŞ-ın strateji maraqlarına cavab verir”.
 
Bunu CBS telekanalına müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.
 
"Rusiya İranın nüvə proqramına dair razılaşma və Suriyanın kimyəvi silahdan azad edilməsi məsələlərində bizə kömək edib”, deyə C.Kerri bildirib.
 
O qeyd edib ki, hazırda Rusiya Suriyada atəşkəs rejimi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə yardım edir: "Əgər Rusiya bizə siyasi prosesə təsir etmək üçün imkan yaradırsa, deməli bu ABŞ-ın strateji maraqlarına cavab verir”. (apa)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook