SON XƏBƏR

Rusiya hərbçiləri şəhər merini əsir götürdü

Aprel 02
14:34 2022
Aprelin 1-də rus hərbçiləri Tavriysk (Xerson vilayəti) şəhərinin meri Nikolay Rizakı ələ keçirib.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Tauride Şəhər Şurasından məlumat verilib.

"Tavriysk şəhərinin meri Rusiya tərəfindən əsir götürülüb. Aprelin 1-i axşamdan Tavriysk şəhərinin meri Nikolay Rizakın harada olduğu barədə məlumat yoxdur. O, Rusiya hərbçiləri tərəfindən saxlanılıb", deyə məlumatda bildirilir.

Qeyd olunur ki, işğalçı qoşunların nümayəndələrinin şəhər merinə qarşı tələbləri hələ açıqlanmayıb:

"Biz ümid edirik ki, Nikolay İvanoviçlə hər şey qaydasındadır və o, 18 min nəfərlik icmanın həyatına şəxsən cavabdeh olan mer kimi öz rəsmi vəzifələrini ən qısa zamanda yerinə yetirməyə davam edəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook