Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi açılacaq
Sentyabr 27
12:18
2022
Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində yaxın vaxtlarda hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.
APA-nın Rusiya bürosunun Şimali Osetiyanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərar "Yuxarı Lars” keçid məntəqəsində keçirilən müşavirədə qəbul edilib.
Qeyd olunub ki, Şimali Osetiyanın daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbərlərinin iştirakı ilə "Yuxarı Lars” sərhəd keçid məntəqəsində müşavirə keçirilib.