“Rusiya genişmiqyaslı hücum hazırlayır” – ABŞ nəşri

İyun 03
11:21
2025
Rusiya strateji aviasiya bazalarına endirilmiş dron hücumlarına cavab olaraq Ukraynaya qarşı yeni genişmiqyaslı hücum hazırlayır.
Məlumata görə, Rusiya itkilərinə 6 ədəd "Tu-95”, 4 ədəd "Tu-22M” strateji bombardmançı təyyarəsi və hava hücumundan müdafiə vasitələrinin aşkarlanması üçün istifadə olunan "A-50” radar təyyarələri daxildir.
Bu barədə "The New York Times” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, ABŞ kəşfiyyatı hələlik Rusiyanın hansı istiqamətdə zərbələr endirəcəyini dəqiqləşdirməyib. Lakin ehtimallara görə, Moskva mülki obyektlərə pilotsuz uçuş aparatları ilə hücumları bərpa edə, enerji infrastrukturunu hədəfə ala və ya orta mənzilli ballistik raketlərlə yeni hücum dalğalarına başlaya bilər.
ABŞ və Avropa təhlükəsizlik qurumlarının ilkin hesablamalarına əsasən, Ukraynanın son dron hücumları nəticəsində təxminən 20 rus strateji təyyarəsi ya məhv edilib, ya da ciddi zədələnib. Bu isə Rusiyanın uzaq mənzilli zərbə imkanlarına ciddi zərbə vurub.