SON XƏBƏR

"Rusiya etinasızlıq göstəriləcək bir ölkə deyil" - Ərdoğan

Sentyabr 22
10:46 2023
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan digər liderlərin Rusiya prezidenti Vladimir Putinə mənfi yanaşması ilə razılaşmır.

Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər verir. 

BMT Baş Assambleyasına qatıldıqdan sonra Nyu Yorkda jurnalistlərə açıqlama verən Ərdoğan Rusiyanın diqqətdən kənarda qalacaq bir ölkə olmadığını deyib və Moskvanın iyul ayında imtina etdiyi Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq üçün həll yoluna ümid etdiyini bir daha vurğulayıb.

"Həm liderlər, həm də baş nazirlər Putinə mənfi yanaşırlar. Təbii ki, biz belə bir mövqe göstərmirik və əks etdirmirik. Mən də bu yanaşmaların doğru olduğunu düşünmürəm, çünki Rusiya qeyri-adi ölkədir”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Rusiyanın qeyri-adiliyi onun ərazisində və dünyada, o cümlədən taxıl istehsalı nöqteyi-nəzərindən tutduğu aydın yerdədir.
"Belə bir ölkəyə etinasızlıq göstərmək olmaz”, - deyə Ərdoğan bildirib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook