“Rusiya Estoniyaya hücüm edərsə, ölkəmiz onu dəf edəcək” - Martin Herem
Aprel 19
05:53
2024
Rusiyanın Estoniyaya potensial hücumu olarsa, ölkə bu hücumu dəf edə biləcək.
APA "ERR” telekanalına istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem bildirib.
Onun sözlərinə görə, Estoniya 43 min əsgəri səfərbər etsə, bu, gündə təxminən iki milyon avroya başa gələcək.
"İnsanların artıq iqtisadiyyata töhfə verməməsi ilə müqayisədə bu o qədər də çox pul deyil. Finlər deyirlər ki, 250 min nəfəri səfərbər etsələr, ölkə bir aya müflis ola bilər”, - Herem əlavə edib.
Herem vurğulayıb ki, Estoniyanın NATO-nun gəlməsini gözləməyə ehtiyacı yoxdur, çünki NATO artıq buradadır.