SON XƏBƏR

Rusiya ərzaq yardımı üçün Amerikaya müraciət edib

Yanvar 10
17:18 2016
Rusiya ABŞ-a ərzaq yardımı üçün müraciət edib.
 
Cebhe.info xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb. Məlumata görə, cari ildə Rusiya ölkədəki ərzaq çatışmazlığını ABŞ-ın yardımı ilə aradan qaldırmaq istəyir.
 
Mətbuatın yazdığına görə, Rusiya tərəfi bu barədə sussa da, ABŞ kənd təsərrüfatı naziri Den Qlikman xəbəri açıqlayıb. Nazirin sözlərinə görə, bu müraciət hazırda dövlət məmurları tərəfindən araşdırılır.
 
Qlikman vurğulayıb ki, xahişin yerinə yetirilməsi imkanları dəqiq araşdırıldıqdan sonra Rusiya tərəfinə məlumat veriləcək. Amerika buğdası və ərzaq məhsullarının Rusiyaya çatdırılması məsələsi Avropa Birliyindən olan müttəfiqlərlə də müzakirə olunacaq.
 
Amerikalı nazir eyni zamanda Rusiyanın xahişi yerinə yetiriləcəyi təqdirdə Rusiyanın fermerlərinin bundan narahatlıq keçirəcəyini də qeyd edib. Onun sözlərinə görə, məsələnin həlli rusiyalı fermerlərin stimulunu azaldacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook