SON XƏBƏR

Rusiya Ermənistana qırıcı təyyarələr göndərib

Fevral 20
18:24 2016
Rusiya Ermənistandakı aviabazasına (Erebuni) dördüncü nəsil MiQ-29, modernləşdirilmiş MiQ-29S və modernləşdirilmiş MiQ-8MT nəqliyyat helikopterləri göndərib.
 
Bu barədə bu gün Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Hərbi texnika Krasnodar diyarından hərbi-nəqliyyat təyyarələri ilə İrəvan hərbi aerodromuna çatdırılıb.
 
Yaxın günlərdə qırıcı təyyarələr və helikopterlər mühəndis-texniki heyətlə təmin ediləcək və istismara veriləcək. Pilotlar martın ortalarında qırıcı təyyarələrdə uçuşlara başlayacaqlar.
 
(apa)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook