Rusiya Ermənistan-İran sərhədini niyə tərk edir? (ŞƏRH)
Oktyabr 10
03:49
2024
"Ermənistanda yerləşən Rusiya ordusunun çıxarılmasını izləyə biləcəyik".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında əldə edilən razılığı şərh edərkən deyib.
"Moskvada Paşinyanla Putin arasında əldə olunan razılaşmaya əsasən, Rusiya sərhədçilərinin Ermənistan-İran dövlət sərhədindəki keçid məntəqəsindən çıxarılması avqustun 1-də Rusiya sərhədçilərinin Zvartnos hava limanından çıxarılmasının məntiqi davamıdır. Bu proses bundan sonra da davam edəcək. Ola bilsin ki, ilkin mərhələdə Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən tamamilə geri çəkilsin. Ardınca oxşar prosesin Ermənistan-Türkiyə sərhədində də baş verməsini, rus sərhədçilərinin buradan da çıxarılması prosesini izləyəcəyik. Son olaraq da Ermənistanda yerləşən Rusiya ordusunun çıxarılmasını izləyə biləcəyik", deyə Taleh Əliyev bildirib.
Həmsöhbətimiz düşünür ki, rus hərbçilərinin sərhəddən çıxarılması prtosesi ola bilsin ki, ciddi konflikt olmadan baş versin:
"Amma 102-ci hərbi bazanın çıxarılması məsələsi İrəvanla Moskva arasında növbəti bir qarşıdurmaya səbəb olacaq".
Politoloq rus sərhədçilərinin sərhəddəki keçid məntəqəsindən çıxarılmasının Zəngəzur dəhlizinin açılıb-açılmayacağı prosesində ciddi rol oynayacağı qənaətində deyil:
"Zatən, Paşinyanın Moskvada İlham Əliyevlə görüşdən imtina etməsinin başlıca səbəbi də Rusiyanın Zəngəzur dəhlizilə bağlı proseslərə müdaxiləsinin qarşısını almaq üçün atılan addım idi. Bununla belə hesab edirəm ki, Bakı ilə İrəvan arasında başlanan sülh danışıqlarının növbəti mərhələdə effektiv nəticələrini də görəcəyik. Bu barədə nikbin düşünməyə dəyər. Çünki Azərbaycan münaqişənin sülh müstəvisində həllində maraqlıdır. Ermənistanın isə müharibə aparmaq iqtidarında olmaması onu da məcbur edir ki, sülh istiqamətində hansısa aralıq növbəti addımların atılmasına razılıq versin".
Qeyd edək ki, gələn ilin əvvəlindən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmət etməyi dayandıracaq. Bundan sonra sərhəddə yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri qalacaq. Mətbuatın yazdığına görə, bu barədə Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub. Bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində xidməti dayandıracaq. Bununla yanaşı, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları, Rusiya sərhədçiləri ilə birgə qoruyacaqlar.