Rusiya elit diviziyasının ərzağı oğurlanıb - Külli miqdarda qida bazarlarda satılıb, cinayət işi açılıb...
Sentyabr 10
15:28
2022
Moskva yaxınlığındakı Balaşixada Rusiya Qvardiyasının Dzerjinski adına elit diviziyasının ərzaq məhsulları oğurlanıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə "Kommersant” qəzeti məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqləri Federal Kəşfiyyat Xidməti (FTX) ilə birlikdə cinayəti törədən böyük şəbəkəni ələ kçeiriblər. Müstəntiqlərin məlumatına görə, təkcə üç ay ərzində 3 aşpaz təlimatçısı, bir anbar və bir yeməkxana müdiri hərbi hissədən 1.5 ton mal əti, treska və kərə yağı oğurlayaraq yaxınlıqdakı Vladimirski trakt bazarında sataraq bir milyon rubl əldə ediblər.
İş materiallarında göstərilir ki, gizirlər İlya Biryukov, Sergey Leonov və Vladimir Derevyankonun vəzifələrinə xüsusən, anbardan məhsulların qəbuluna və "qazanxanaya qoyulmasının tamlığına" nəzarət daxildir. Amma hərbçilərə uzun müddət məhdud porsiyalarla yemək verilib. Müstəntiqlər müəyyən ediblər ki, təyin olunmuş yemək normasının təxminən üçdə biri hərbçilərin qidasına daxil olmayıb.
Hələlik yalnız aşpazlar əməllərini etiraf edərək cəzalarını alıblar. Reutov qarnizonu məhkəməsi onları şərti cəza ilə 2 ildən 4 ilə qədər həbs cəzasına məhkum edib və 250 min rubldan 400 min rubla qədər cərimə kəsib. Pul iki ay ərzində ödənilməlidir.
Milli Qvardiya Qoşunlarının Federal Xidməti qəzetin yaydığı məlumatı şərh etməyib.