“Rusiya dünyadakı sabitliyə birbaşa təhdiddir” - Avropa Komissiyasının rəhbəri
May 12
12:58
2022
"Rusiya dünyadakı sabitliyə birbaşa təhdiddir”.
"Report” CNN-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
"Rusiya bu gün Ukraynaya qarşı vəhşi müharibə aparır. Həm də Çinlə imzaladığı müqavilə bizi narahat edir. Həmçinin Rusiyanın çağırışları dünya nizamına təhdid yaradır”, - o, söyləyib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, müharibənin səbəbkarları əməllərinə görə cavab verməlidirlər.



