Rusiya Dumasında Nemtsova qarşı hörmətsizlik
Fevral 26
18:49
2016
Rusiya parlamentinin aşağı palatasının deputatları bir il əvvəl qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən imtina ediblər.
Avropa.info xəbər verir ki, Dumada Nemtsovun xatirəsini yad etmək təklifi ilə deputat Dmitri Qudkov çıxış edib. Deputat deyib ki, bunu bir il əvvəl də etmək istəyib, lakin digər deputatlar onu dəstəkləməyiblər.
"Siyasi məsələ olmadığına mən təklif edirəm ki, bu səhvi düzəldək. Bu vaxtilə Dumadan işləmiş şəxsə əxlaq və insani yanaşma məsələsidir. Nemtsov fraksiya rəhbəri, qubernator olub. Yaroslavsk şəhər dumasının fəaliyyətdə olan deputatı idi” – Qudkov belə deyib.
O, söz verib istənilən halda Nemtsovun xatirəsi üçün Dumada ayağa qalxıb yad edəcək.
Qeyd edək ki, 27 fevralda Moskvada on minlərlə adamın iştirakı gözlənilən yürüş-mitinq keçiriləcək.



