Rusiya DİN ukraynalı jurnalisti axtarışa verdi
Avqust 07
11:46
2023
Rusiya Daxili İşlər Nazirliyi ukraynalı jurnalist Yanina Sokolovanı axtarışa verib.
Qaynarinfo xəbər verir ki, ukraynalı jurnalistə cinayət işi açılsa da, təfərrüatları elan olunmayıb.
Mart ayında "Rosfinmonitoring" onu terrorçular və ekstremistlər siyahısına daxil edib. Hələ 2022-ci ilin avqustunda Rusiya İstintaq Komitəsi xanım Sokolovanın ifadəsini almağa cəhd edib. TFR-nin məlumatına görə, teleaparıcı efirdə "rus xalqının milli zəmində öldürülməsinin zəruriliyi ilə bağlı mövqe bildirib”.
İyulun sonunda Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın "Mobil Hospital” layihəsinin rəhbəri Gennadi Druzenko və teleaparıcı Natalya Moseyçuku da axtarışa verib. Onlara qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282-ci maddəsi (nifrət və ya düşmənçiliyin qızışdırılması) iş başlanıb.