SON XƏBƏR

Rusiya ödənişə başlayır: Türkiyəyə 1 milyardlıq təzminat

May 31
11:14 2018
"Qazprom"la "Botaş" arasında əldə edilmiş razılığa əsasən, Türkiyəyə 1 milyard dollarlıq ödəmə qısa müddətdə həyata keçiriləcək

Axar.az xəbər verir ki, bu sözləri "Qazprom" rəsmisi Mixail Malqin bildirib.

Malqin qeyd edib ki, məbləğin böyük hissəsi ən qısa müddətdə ödəniləcək, yerdə qalan hissə isə gələcəkdə təbii qaz ixracında endirimlə hesablanacaq.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcəyini bildirib. Türkiyə 3 il əvvəl Rusiyadan alınan qaza endirim edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və müraciəti müsbət cavablandırılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook