SON XƏBƏR

Rusiya daha bir bölgədə münaqişəni alovlandırır - 3 Ukrayna hərbçisi həlak olub

İyul 14
10:25 2020
İyulun 13-də Ukraynanın Donbas bölgəsində separatçıların atəşkəs rejimini pozması nəticəsində 3 Ukrayna hərbçisi həlak olub, 2 nəfər yaralanıb.

"Report” xəbər verir ki, bunu Birləşmiş Qüvvələr Əməliyyatının Qərargahı açıqlayıb.

Məlumata görə, separatçılar 82 və 120 millimetrlik minaatanlardan, həmçinin müxtəlifçaplı qumbaraatan, iriçaplı pulemyot və atıcı silahdan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.

Qərargahdan bildirilib ki, həlak olan əsgərlərin təxliyəsi zamanı evakuasiya qrupu pusquya salınıb. Nəticədə hərbi həkim həlak olub, 1 nəfər isə yaralanıb.

Məlumata görə, təxliyə prosesini yekunlaşdırmaq mümkün olmayıb, 2 hərbçinin meyiti hələ də döyüş meydanında qalıb.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook