Rusiya Caliber.az saytını da bloklayıb
Aprel 28
00:17
2022
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor”) Rusiyada Caliber.az saytını bloklayıb.
Yeri gəlmişkən, Rusiya qanunvericiliyini pozaraq, heç bir xəbərdarlıq etmədən sayta girişi məhdudlaşdırıb.
Buna səbəb Caliber.azın Rusiya-Ukrayna müharibəsi, habelə digər mövzularla bağlı operativ, dəqiq xəbərlər yayması olub. Bununla da Rusiya alternativ fikrə qarşı dözülməz münasibətini bir daha ortaya qoyub. Görünür, saytın Ukraynada davam edən müharibə barədə operativ xəbərləri, qərəzsiz informasiyaları Rusiyanın bəzi rəsmilərinin narahatlığı ilə qarşılanıb.