SON XƏBƏR

Rusiya beynəlxalq internetdən ayrılmağa hazırlaşır - Təlimlər keçirilir

Dekabr 07
11:38 2024
"Roskomnadzor” Rusiyanın internetin xarici seqmentindən ayrılmasını sınaqdan keçirir.

"AzPolitika” xəbər verir ki, bu barədə Rusiya KİV-lərinin yadığı məlumatlara görə, sınaqlar zamanı ölkənin bəzi bölgələrində sakinlər internetdə məhdudiyyətlərlə üzləşiblər. Rusiya mətbuatının yazdığına görə, bu, xüsusilə Dağıstana təsir edib. Bildirilir ki, sosial şəbəkələrdə xarici saytların açıla bilməməsi, bəzi əlavələrin və messencerlərin işində problem olması ilə bağlı şikayətlər gəlməyə başlayıb.

"Ellco” telekommunikasiya şirkəti bildirib ki, "Roskomnadzor”un internetin xarici seqmentinə girişin dayandırılması ssenarilərinin sınaqdan keçirilməsi ilə əlaqədar ötən gün saat 16:00-dan etibarən müəyyən sayt və xidmətlərə (WhatsApp və digərləri) girişdə məhdudiyyətlər olub.

"Roskomnadzor” özü də kəsilmələri təsdiqləyib. Qurumun bəyanatına görə, bu cür təlimlər "Rusiya internet infrastrukturunun qəsdən xarici təsirlərə məruz qaldığı zaman xidmətlərin əlçatanlığını təmin etməyə hazır olduğunu təsdiqləmək” məqsədilə keçirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook