Rusiya bankları mənfəətsiz qalıb - Gəlirləri 12 dəfə azalıb
Yanvar 28
13:02
2023
Rusiya bankları 2022-ci ilin yekunlarına görə cəmi 203 mlrd. rubl mənfəət əldə ediblər.
"AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının rəsmi hesabatında deyilir.
Hesabatda bildirilir ki, bu göstərici 2021-ci ilin müvafiq nəticələrindən 12 dəfə aşağıdır. Belə ki, 2021-ci ildə Rusiya banklarının ümumi mənfəəti 2.4 trilyon rubl təşkil etmişdi.
Sənəddə göstərilir ki, banklar 2022-ci ilin birinci yarısını 1.5 trilyon rubl ziyanla başa vurublar. İlin ikinci yarısında isə mənfəət əldə ediblər.
Ancaq maraqlıdır ki, bu hesabat heç də bütün Rusiya banklarını əhatə etmir. Çünki bir çox banklar öz hesabatlarını açıqlamayıblar. Ona görə də mütəxəssislər hesab edirlər ki, Mərkəzi Bankın hesabatı Rusiyanın bank sektorundakı acınacaqlı vəziyyəti ört-basdır etməyə yönəlib.