Rusiya aviasiyası yenidən İdlibi bombaladı: 9 ölü
Mart 03
12:51
2020
Rusiya aviasiyası İdlib de-eskalasiya zonasında yerləşən yaşayış məntəqələrini yenidən aviasiya zərbələri endirməyə başlayıb.
Qaynarinfo Anadolu-ya istinadla xəbər verir ki, Fua qəsəbəsinə növbəti zərbənin nəticəsində doqquz mülki şəxs həlak olub.
Mülki təhlükəsizlik qüvvələrinin məlumatına görə, Suriyanın şimal-qərbində bombardman xeyli mülki şəxsin də yaralanmasına səbəb olub.
Bəşər Əsəd tərəfdarları 2018-ci ilin iyul ayında İdlib əyalətindəki Fua və Kefray kəndlərini tərk edib. Uzun müddət bu yaşayış məntəqələri mülayim müxalifət dəstələrinin nəzarətində olub.
Əsəd rejimi ilə bağlanmış müqavilələrə görə, Dəməşqdəki rejim tərəfdarları bu kəndlərdən təxliyə edilib və bunun müqabilində mülayim müxalifət və mülki vətəndaşlar Madaya, Zebadani və Yermukun bağlanmış ərazilərini tərk edə biliblər.