Rusiya atəşkəsdən imtina etsə tədbir görəcəyik - Trampın müşaviri

Mart 17
06:38
2025
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər.
"Report” xəbər verir ki, bu barədə o, "ABC News”yə müsahibəsində bildirib.
O, bununla bağlı suala "Şübhəsiz, bütün variantlar nəzərdən keçirilir” - cavab verib.