SON XƏBƏR

Rusiya Ankaradakı səfirini dəyişir – İstanbul danışıqları öncəsi

İyun 02
14:42 2025
Moskva Ankaradakı səfirini dəyişməyə hazırlaşır.

Bu barədə Rusiyanın nüfuzlu "Kommersant” nəşri üç fərqli diplomatik mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, hazırkı səfir Aleksey Yerhovun yerinə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşint əyin ediləcək.

Qeyd olunur ki, bu qərar Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqların davam etdiyi bir zamanda verilib.
2018-ci ilin mart ayından Xarici İşlər nazirinin müavini olan Verşin həm də Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsidir. O, həmçinin Rusiya, ABŞ, Aİ və BMT-dən ibarət Yaxın Şərq Dördlüyü danışıqlarında Rusiyanı təmsil edib.
2017-ci ildən Rusiyanın Türkiyədəki səfiri olan Aleksey Yerhovun isə diplomatik missiyası başa çatmaq üzrədir. Qeyd olunur ki, Verşininin təyinatı yaxın günlərdə rəsmi olaraq təsdiqlənəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook