SON XƏBƏR

Rusiya, Aİ və Ukrayna arasında qazın tranziti ilə bağlı üçtərəfli danışıqlar keçiriləcək

İyul 17
09:07 2018
Rusiya, Avropa İttifaqı və Ukrayna arasında qazın tranziti ilə bağlı üçtərəfli danışıqlar bu gün Berlində keçiriləcək. Bu, Rusiyanın qaz nəhəngi "Qazprom”la Ukraynanın "Naftoqaz” şirkəti arasında qaz tədarükü və tranziti haqqında müqavilələr ilə bağlı mübahisələri barədə Stokholm Arbitraj Məhkəməsi tərəfindən qərar çıxarıldıqdan bəri ilk dəfə olaraq baş tutacaq.

RİA Novosti agentliyi xəbər verir ki, danışıqlarda Rusiyanın energetika naziri Aleksandr Novak, Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç, Ukraynanın Energetika Nazirliyinin, "Qazprom” və "Naftoqaz” şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Danışıqların əsas mövzusu Ukrayna ərazisi üzərindən qazın Avropa istehlakçılarına tranziti şərtlərinin, o cümlədən "Qazprom”la "Naftoqaz” arasında tranzit razılaşmalarının müddətlərinin müzakirəsi olacaq.

Qeyd edək ki, dekabr və fevralda Stokholm Arbitrajı qaz tədarükü və tranziti haqqında müqavilələr barədə "Naftoqaz”la "Qazprom” arasında yaranmış mübahisəyə baxıb və "Qazprom”un "Naftoqaz”a 2,56 milyard dollar kompensasiya ödəməli olduğu haqda qərar çıxarıb. Bundan başqa, arbitraj "Qazprom”un tranzit müqaviləsinin sonuna qədər (2019-cu ilin sonu) Ukrayna vasitəsilə ildə 110 milyard kubmetr qaz nəql etməsi, yaxud bunun əvəzini pulla ödəməsi barədə qərar verib.
 
(AZƏRTAC)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook