Rusiya ABŞ-ni birbaşa döyüşlərə qoşulmaqda ittiham edir – XİN etiraz notası verdi
Avqust 21
14:26
2024
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı işlər müvəkkili Stefani Holmsa etiraz notası təqdim edib. Buna səbəb ABŞ media nümayəndələrinin Kursk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinə gəlməsi və ABŞ özəl hərbi şirkətinin döyüşlərdə Ukraynanın tərəfində vuruşması göstərilib.
Rusiya XİN-in bəyanatında bu, ABŞ-ın Ukrayna müharibəsində birbaşa iştirakının sübutu və Zelenskinin "məkrli planı” kimi səciyyələndirilir.
Ukrayna ordusu özü ilə birlikdə bu şəhərə Qərb müxbirləri də daxil bir qrup jurnalist gətirib. Rusiya XİN "Rai 1” telekanalının hazırladığı reportaja görə İtaliyaya da etiraz notası verib.
Rusiya XİN özəl hərbi şirkət dedikdə, "Forward Observation Group” (FOG) şirkətini nəzərdə tutur. 2022-ci ildə Rusiya XİN bu şirkəti artıq Ukraynada kimyəvi hücuma hazırlıqda ittiham etsə də, heç bir dəlil-sübut göstərməmişdi. "Voks Ukraina” saytı bildirir ki, FOG şirkəti əməkdaşlarının bir hissəsi könüllü olaraq Ukrayna silahlı qüvvələrinə qoşulub.
Bəyanatda ABŞ mediasının adının çəkilməsi isə CNN-nin Ukraynanın Kurskda nəzarət etdiyi Suca şəhərindən reportaj hazırlaması ilə bağlıdır.