SON XƏBƏR

Rusiya 15 milyard dollarlıq silah satacaq

Sentyabr 07
12:04 2016
Rusiya cari ildə 15 milyard dollar dəyərində silah ixrac etməyi planlaşdırır.

Qlobal.az Trend-ə istinadən bildirir ki, bu barədə RİA Novosti-yə "Rosoboroneksport"un baş direktorunun müavini Sergey Qoreslavski deyib.

O qeyd edib: "Ötən il olduğu kimi, biz 13 milyard dollar dəyərində silah satmağı planlaşdırırıq. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin göstəriciləri ilə birlikdə bu rəqəm təqribən 15 milyard dollar təşkil edəcək".

S.Qoreslavski xatırladıb ki, "Rosoboroneksport" bu il artıq 7 milyard dollar dəyərində silah satıb: "Hər şey plan üzrə gedir".


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook