SON XƏBƏR

Rusiya: 10 min İŞİD-çi bu ölkəyə yerləşdirilib

Dekabr 25
10:56 2017
Rusiya, Suriya və İraqdan çıxarılan İŞİD terrorçularının Əfqanıstana yerləşdirildiyini açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.
 
"Rusiya, Əfqanıstanda İŞİD-in yüksəlişi barədə həyəcan təbili çalan ilk ölkələrdəndir. İŞİD ölkədəki gücünü son dövrlərdə artırıb. Təxminlərə görə, onların sayı 10 min nəfərdir və bu say getdikcə artır" deyə Kabulov bildirib.

Bir müddət əvvəl Əfqanıstan prezidenti Həmid Kərzayi İŞİD-i ABŞ-ın layihəsi adlandırmış, terror təşkilatının bu ölkə tərəfindən dəstək aldığını iddia etmişdi.

Bildirilir ki, İŞİD-in Əfqanıstanda güclənməsinin məqsədi dünyanın ən böyük əlaqə və ticarət layihəsi olan və Çin tərəfindən reallaşdırılan "One belt, one road" layihəsinə əngəl törətməkdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook