Rus xilasetmə helikopterini vuran əsgərlər tutuldu
Mart 23
14:13
2016
Noyabrın 24-də Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsi barədə daha bir qalmaqallı məlumat yayılıb.
Belə ki, təyyarənin pilotlarını xilas etmək üçün göndərilən rus helikopterini vuran 4 nəfər Suriya əsgəri ələ keçirilib.
Musavat.com xəbər verir ki, bu barəddə məlumat Associated Press-də yer alıb.
Məlumata görə, ələ keçirilən əsgərlər Azad Suriya Ordusunun əsgərləri olublar.
Hələlik onların şəxsiyyəti açıqlanmayıb.
Qlobal.az



