Rus sülhməramlılar minə yaxın erməni uşağa Yeni il hədiyyələri payladı
Dekabr 23
10:53
2021
Rusiya sülhməramlı kontingentinin hərbçiləri xeyriyyəçilərlə birlikdə humanitar aksiya keçirərək, Qarabağın Martakert rayonunun sərhəd xəttinə yaxın ərazidə yaşayan minə yaxın erməni məktəblisini qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.
Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya sülhməramlıları Xeyriyyə Təşkilatlarının Mərhəmət Assosiasiyası ilə birlikdə Dağlıq Qarabağın uşaqları üçün Yeni il aksiyaları keçirməyə başlayıblar”, - Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksandr Kudrin bildirib.
Onun sözlərinə görə, minə yaxın uşağa hədiyyələr, oyuncaqlar, şirniyyatlar verilib.
Bundan əvvəl Qarabağın uşaqları üçün humanitar yüklərin daha bir partiyası Rusiya Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə Moskvadan İrəvana çatdırılıb. Çəkisi 20 tona yaxın olan humanitar yardım xeyriyyə təşkilatları tərəfindən toplanıb və Moskva vilayətindəki Çkalovski aerodromunda hərbi təyyarəyə yüklənib. Daha sonra İrəvandan yüklər sülhməramlılar tərəfindən Qarabağa çatdırılıb.
Bayram günlərində Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə 70-ə yaxın humanitar aksiya keçirəcək və sərhəd xəttinə yaxın Qarabağın ucqar rayonlarından olan 8000-ə yaxın uşağa hədiyyələr verəcəklər.