SON XƏBƏR

Rumıniyada hökumət əleyhinə nümayişlər keçirilir

Noyabr 09
14:34 2015
Rumıniyada hökumət əleyhinə gecə nümayişləri davam edir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 8-ə keçən gecə paytaxt Buxarestin küçələrinə 3 mindən çox insan çıxıb. Nümayiş ölkə telekanalları ilə canlı yayımlanır. Etirazçılar parlamentin buraxılmasını, vaxtından əvvəl seçkilərin keçirilməsini, pensiya və əmək haqlarının artırılmasını, korrupsiyaya qarşı mübarizə aparmağı tələb edirlər.
 
Etiraz aksiyaları Rumıniyanın digər şəhərlərində də keçirilir. Buxarestdə nümayişlər noyabrın 3-dən davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook