SON XƏBƏR

Ruhi xəstə məktəbdə dərs deyə bilərmi?

Fevral 11
10:03 2016
Qobustan rayonunun Nabur kənd sakini Yoldaşxan Məmmədov "Azadlıq”a məktub göndərib. O, rayon icra başçısı Adil Məmmədova üz tutaraq təhsillə bağlı yaşanan problemin həll edilməsini istəyir:
 
"Bizi bir məsələ maraqlandırır. Rayonun icra başçısı kimi ruhi xəstələri vəzifə üçün sizə təqdim edənləri niyə cəzalandırmırsınız? Hazırda bələdiyyə üzvü olan, TSEK-in qərarıyla pedaqoji fəaliyyəti qadağan edilməsinə baxmayaraq məktəbdə uşaqlara dərs keçən Məlikhəsən Ibrahimov hansısa bir azyaşlıya faciə yaşadarsa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Təhsil Nazirliyi, Mərkəzi Seçki Komissiyası, icra hakimiyyəti orqanları hara baxır görəsən? Xahiş edirəm, bu məktubumun diqqətdə saxlanması və tədbir görülməsini həyata keçirəsiniz”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook