SON XƏBƏR

Ruhi Əliyeva “Dünya Göz”ə məlumat vermədən klinikanı öz şirkətinə partnyor kimi təqdim edir - FOTO

Noyabr 14
08:19 2025

Xəbər verdiyimiz kimi, "Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Dünya Göz klinikası) dövlətə vergi borcu yarım milyon manatı ötüb – 589 736,69 AZN.

Həmçinin məlumat vermişdik ki, sözügedən klinika iş xanımı, sabiq müğənni Ruhi Əliyevanın rəhbəri olduğu "Liatris Holding”in partnyorudur.

Qlobal.az xəbər verir ki, Məsələ ilə bağlı 32gun.az-a "Dünya Göz” klinikasından rəsmi açıqlama daxil olub.

Açıqlamada bildirilir:

"Sistemdə görünən vergi borcu mənfəət vergisi borcu ilə bağlıdır.

Vergi orqanına müraciət edilərək borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub və artıq ilk hissə ödənilib.
Ruhi Əliyeva ilə isə heç bir əlaqəmiz yoxdur. Onlar bizə məlumat vermədən bu məlumatı öz veb saytlarında yerləşdiriblər.”

Qeyd edək ki, qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan” MMC-nin nizamnamə kapitalı 10000 AZN-dir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook