SON XƏBƏR

"RUFIT.PRO" fitnes mərkəzi külli miqdarda cərimələnə bilər

Avqust 13
20:45 2024
Bakıda məşhur "RUFIT.PRO" fitnes mərkəzi barəsində külli miqdarda cərimə protokolu tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, "RUFIT.PRO"  MMC barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə  olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

İş Səbail Rayon Məhkəməsinin hakimiŞəhla Süleymanovanın icraatındadır.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook