Rüfət Səfərov azadlığa buraxıldı
Yanvar 22
15:54
2016
Yanvarın 15-də həbs edilmiş keçmiş müstəntiq Rüfət Səfərov azadlığa buraxılıb. Binəqədi rayon məhkəməsində onun ev dustaqlığına buraxılmasına dair vəsatətə baxılıb və vəsatət təmin edilib.
Bu barədə məhkəmədə olan əməkdaşımız xəbər verib.
Xatırladaq ki, Rüfət Səfərov dekabrın 20-də ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, prokurorluqdan istefa verib və hökuməti tənqid edib. Bundan dərhal sonra Baş Prokurorluqdan onun çalışdığı Zərdab Rayon Prokurorluğuna yoxlama göndərilib. Eyni zamanda, Zərdab rayonunda Rüfət Səfərovun yaşadığı evdə axtarış aparılıb, mənzildən kompüter və telefon götürülüb. Yanvarın 11-də isə Zərdab rayonunun prokuroru Süleyman Süleymanov vəzifəsindən azad edilib.
Azadlıq.info



