Roza Zərgərli: “Onun atasından 100 min almışam” – Video
Sentyabr 25
23:42
2017
Müğənni Roza Zərgərli yeni duet ortağı Valeh Vəliyev ilə ifa etdiyi "Biri sənsən, bir mən” adlı duetə çəkilən klipi təqdim edib.
Musavat.com xəbər verir ki, media nümayəndələrini bir araya toplayan ifaçılar öz təəssüratlarını bölüşüb.
Valehlə duet oxumağı müğənni Roza özü təklif etdiyini bildirib: "Valehin atası gözəl sənətkarımızdır. Bir çox məşhurlarla duet oxuya bilərdim. Mənimlə oxumağı Valehin atası istəyirdi. Valeh istedadlı ifaçıdır. Mahnının sözləri Şirin Məmmədova, musiqisi Ruslan Şərəfoğluya məxsusdur. Bilirsiniz ki, mən bu cür insanlarla işləməyi sevirəm. Çəkilişlər maraqlı keçdi. İnanıram ki, tamaşaçılar da ekran işini bəyənəcək”.
"Duetimizin uğurlu alındığını düşünürəm... Roza xanım təklif etdi, mən də qəbul etdim. Kiməm ki, "otkaz" edim? Atam Vaqif Şahmaroğlu görkəmli xanəndə İslam Rzayevin tələbəsi olub”, - Valeh Vəliyev qeyd edib.
Daha sonra Zərgərlinin ekran həyatı verdiyi klip yayımlanıb. Bu zaman müğənni Roza Zərgərli göz yaşlarını saxlaya bilməyib. O, ağlamasına belə aydınlıq gətirib: "Klipdə istifadə etiyimiz ev indi xarabalıqdır. O evin tarixçəsi yadıma düşdü, bir az üzüldüm. Deməli, o evin sakinləri hamısı avtomobil qəzasında dünyasını dəyişib. Yalnız evin qızı sağ qalıb, o da hazırda ailələlidir. O evə gedib-gəlmir. Qonşularla birgə çox axtardıq, tapa bilmədik. Burdan ona səslənirəm ki, halallıq versin”.
İfaçı "Məşhurlar yeni fəaliyyətə başlayan müğənnilərlə duet oxuyan zaman müəyyən qonarar alırlar. Siz nə qədər tələb etmişiniz” sualına zarafatyana cavab verib: "100 min qonorar almışam. Özü də Valehin atası verib”.

Konfransın ikinci hissəsində isə müğənni yeni yaradıcılıq işlərindən söhbət açıb.